🐍 PyWeek
Elmi Proqramlaşdırma və Məlumat Analizi Workshopu
PyWeek elmi proqramlamaya giriş edən STEM tələbələri üçün üçün hazırlanmış python əsaslı 3 günlük workshopdur — workshopa başlamaq üçün heç proqramlaşdırma təcrübəsi tələb olunmur. 3 gün boyunca Python əsasları, məlumat (data) analizi, və AI-dəstəkli prototipləmə haqqında məlumat veriləcək və praktiki layihələr keçiriləcəkdir.
Müddət
3 Gün
Format
Online
Səviyyə
Başlanğıc
Dil
Python
Workshop Proqramı
Gün 0 — Quraşdırma
📅 Başlamadan öncə · ⏱ 15 dəqiqə
Workshopdan əvvəl komputerinizi tapşırıqlar üçün hazırlayın: Python-u, lazımi kitabxanaları və kod redaktorunuzu (VS code) quraşdırın.
Gün 1 — Python Əsasları və Elmi Proqramlaşdırmaya Giriş
📅 4 May 2026 · ⏱ 2–3 saat
Python əsaslarını öyrənin — dəyişənlər, məlumat tipləri, dövrələr, şərtlər, funksiyalar, lüğətlər və CSV ilə fayl işləri. NumPy, Pandas, Matplotlib və SciPy-a praktiki nümunələrlə giriş.
Gün 2 — Tapşırıqların Analizi və AI-dəstəkli Prototipləmə
📅 6 May 2026 · ⏱ 2–3 saat
1-ci günün ev tapşırıqlarının həlli müzakirə olunacaq. ChatGPT, Claude və Copilot ilə sürətli prototipləmə öyrənin. Effektiv kodlaşdırma iş axını üçün prompt mühəndisliyi texnikası.
Gün 3 — Qiymətləndirmə və İnkişaf Yolları
📅 8 May 2026 · ⏱ 2–3 saat
Tələbələrin AI-dəstəkli prototiplərinin təqdimatı. Qiymətləndirmə meyarları: funksionallıq, kod keyfiyyəti, AI istifadəsi, təqdimat keyfiyyəti. Açıq müzakirə və resurslar.
Sahə-spesifik Tapşırıqlar
1-ci günün sonundan sonra iştirakçılar öz tədqiqat maraqlarına uyğun sahəyə xas tapşırıqlar alacaqlar:
Bioinformatika Tapşırığı
Biologiya sekans analizi və ya protein struktur proqnozuna Python və məlumat analizi tətbiq edin.
Neyroelm Tapşırığı
NumPy və SciPy istifadə edərək sinyal işləmə və neyral məlumatlar analizi ilə işləyin.
Nələr Öyrənəcəksiniz
✅ Python Əsasları
Dəyişənlər, məlumat tipləri, dövrələr, şərtlər, funksiyalar və fayl I/O əməliyyatları
✅ Elmi Kitabxanalar
Rəqəmli hesablamalar üçün NumPy, məlumat manipulyasiyası üçün Pandas, vizualizasiya üçün Matplotlib
✅ Məlumat Analizi
CSV məlumatları oxuyun, emal edin və vizualizasiya edin; SciPy ilə statistik analiz
✅ AI-dəstəkli Prototipləmə
ChatGPT, Claude və GitHub Copilot ilə düzgün prompt verə bilmə və sürətli prototipləmə
📥 Mənbələr & Yükləmələr
Bütün praktiki nümunələr, Jupyter Notebook-lar və əlavə mənabələr aşağıdakı səhifədə mövcuddur:
🔗 Bütün Mənbələrə Keçid →